“Qarabağ”ın “Gefle” ilə ilk oyununda tamam yeni komanda gördüm. Heyət xeyli dəyişib. Müxtəlif ölkələrdən oyunçular alınıb. Amma Qurban Qurbanov hərəsinin bir dili olan bu oyunçuları bir orkestrdə dilləndirə bilib. “Qarabağ” kollektiv oyun sərgilədi. Xeyli qol imkanlarının əldən verilməsi başqa söhbətdi, idmanda şans ciddi amildi. Hər halda “Qarabağ” İsveçə qələbəylə gəlir və bu, yekun qələbəyə böyük ümid verir”.
Qol.Az saytına açıqlamasında bu sözləri İsveçdə yaşayan azərbaycanlı jurnalist Vahid Qazi “Qarabağ”ın Avroliqanın III təsnifat mərhələsində “Gefle” ilə oyunu (1:0) haqda danışarkən deyib.
Həmvətənimiz İsveçdə baş tutacaq cavab oyununda azarkeş dəstəyi toplamaq üçün əlindən gələni etdiyini və oyuna qədər də bunun üçün çalışacağını bildirib. Onun sözlərinə görə, indidən “Qarabağ”ı xeyli azarkeşin dəstəkləyəcəyini söyləmək olar: “İsveçdə yaşayan azərbaycanlılara etdiyimiz çağırış əhəmiyyətsiz olmadı. Artıq bir xeyli adam oyunda iştirak edəcəyini təsdiqləyib. Oyuna qədər daha çox adam cəlb olunacaq. Güneyli soydaşlarımız da fəal görünürlər. Komandamıza ciddi azərkeş dəstəyi verməyə çalışacağıq. İki amil bir qədər işi çətinləşdirir. Biri odur ki, oyun İsveçin şimalında, xeyli uzaq Sundsvall şəhərində keçirilir. Məsələn, ora mənim olduğum şəhərdən 869 km aralıdı. Başqa amil də oyunun ara günü keçirilməsidir. Xeyli dostumuz iş səbəbindən oyuna qatıla bilməyəcək. Bizə baxmayın, İsveçdə işə münasibət çox ciddidir”.
Qarabağda doğulub, boya-başa çatan Vahid Qazi doğma komandasının Avropada uğur qazanmasının siyasi əhəmiyyətindən də danışıb. Qeyd edib ki, Avropada “Qarabağ” adının eşidilməsi ermənilərin işğalçı dövlət olmasını yada salır: “Qarabağ” klubu işğal səbəbindən öz meydanında oynamayan yeganə Avroliqa iştirakçısıdır. Onun hər xarici səfərdə oyunlarından istifadə edərək, heç olmasa, beynəlxalq ictimaiyyətə erməni işğalının davam etdiyini xatırlatmaq olar. Bu, həm də bizim özümüzdə yatan duyğuların oyanması üçün vacibdi. Düşünürəm ki, komandanın bu qədər sevilməsi tək onun adıyla deyil, həm də yaxşı oynamasıyla bağlıdır”.
V.Qazi “Qarabağ”ın növbəti mərhələyə adlayacağına inandığını deyib: “Qarabağ”ın bu mərhələni keçmək şansı böyükdü. Qələbəyə inanıram. Həm bu inam, həm də doğma komandanı görmək arzusu 1738 kilometrlik məsafəni sarılıb qucaqlamağa yetən bir addım qədər yaxın edir”.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"