Topaz Premyer Liqasının ilk turu 2 əcnəbi baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub.
Qol.Az-ın məlumatına görə, ölkəmizdə ilk matçında iş başında olan Milinko Pantiç və Yuri Syomin turun ilk qarşılaşmasında üz-üzə gəlib.
“Bakı”nı çalışdıran serbiyalı Pantiç üçün debüt uğursuz alınıb. “Qəbələ”nin rusiyalı çalışdırıcısı Yuri Syominin komandası səfərdə debütant həmkarını 2:1 hesabı ilə məyus edib.
Cari mövsümün startında iş başında olan 5 əcnəbi mütəxəssisdən 2-nin debütü ilə Premyer Liqa tarixindəki legioner baş məşqçilərin ümumi sayı 44-ə çatıb.
Syomin 2 il əvvəl “Simurq”da çalışmış Sergey Yurandan sonra 2-ci rusiyalı oldu ki, Premyer Liqada debüt etdi. Pantiç isə elə onun klubdakı sələfi Bojidar Bandoviç, həmçinin AZAL-ın çalışdırıcısı olmuş Peter Kurçubiç və “Masallı”da 1 oyunluq baş məşqçi əvəzi kimi meydana çıxaran Miroslav Saviçdən sonra 4-cü serbiyalıdır.
Ümumilikdə isə çempionatda 18 ölkədən olan məşqçilər çalışıb: Türkiyə - 10, Ukrayna – 7, Gürcüstan, Serbiya – hərəsi 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rusiya, İspaniya – hərəsi 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Xorvatiya, Uels – hərəsi 1.
Pantiç “Bakı”nın tarixinə 7-ci əcnəbi baş məşqçi kimi düşüb. Ona qədər makedoniyalı Qyoko Hacıyevski, türkiyəlilər Bülənt Korkmaz və Cüneyt Biçər, almaniyalı Vinfred Şafer, latviyalı Aleksandr Starkov və serbiyalı Bandoviç də paytaxtın eyniadlı təmsilçisində çalışıb. Bununla da “Bakı” ən çox legioner məşqçiyə güvənməkdə “Xəzər Lənkəran”a məxsus Azərbaycan rekordunu təkrarlayıb.
Syomin isə “Qəbələ”nin 4-cü legioner baş məşqçisidir. Ona qədər ingiltərəli Toni Adams, türkiyəli Fatih Kavlak və ispaniyalı Luis Araqon komandanı Premyer Liqa matçlarına çıxarıb.
Ümumilikdə isə 17 Azərbaycan klubu Premyer Liqada gəlmə çalışdırıcıya güvənib: “Xəzər Lənkəran”, “Bakı” – hərəsi 7, “İnter”, “Simurq” , “Qəbələ” – hərəsi 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” – hərəsi 3, “Muğan”, AZAL, “Rəvan” – hərəsi 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəsi 1.
Qeyd edək ki, 5 mütəxəssis – Kaxaber Sxadadze, Cüneyt Biçər, Rasim Kara, Qyoko Hacıyevski və Kemal Əlispahiç Premyer Liqada 2 klubda çalışıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu