Neymar qan azlığından əziyyət çəkir

Neymar qan azlığından əziyyət çəkir
XƏBƏR 5 Avqust 2013 / 12:10 2412
-  A +

"Barselona"nın futbolçusu Neymar yeni mövsümə hazırlıqlar zamanı xəstəliyə tutulub.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, braziliyalı hücumçunun anemiya (qan azlığı) xəstəsi olduğu bildirilib. Ancaq bu xəstəliyin oyunçunun məşqlərə çıxmasına və komanda ilə çalışmasına bir problem yaratmadığı qeyd edilir. Neymarın yeni mövsüm öncəsi komanda ilə birgə Asiya turuna gedəcəyi açıqlanıb.

Qeyd edək ki, bundan əvvəl Neymar boğazında problem olduğu üçün əməliyyat olunmuşdu.


Son xəbərlər