"İnter"in gürcüstanlı hücumçusu Aleksandr İaşvili Premyer Liqanın 1-ci turunda “Qarabağ”la keçirilən matçdan (1:2) sonra oyunla bağlı klubun saytına müsahibə verib.
Qol.Az həmin müsahibəni təqdim edir.
- Aleksandr, matç kifayət qədər maraqlı alındı. “İnter” erkən qol vurdu, lakin bu üstünlüyünü saxlaya bilmədi. Bundan başqa, fasilədən sonra komanda daha bir qol buraxdı. Mövsümün ilk oyunu barədə nə deyə bilərdiniz?
- Oyuna pis başlamadıq. Bizə erkən qol vurmaq müyəssər oldu. Lakin sonra matçın ssenarisi dəyişdi. “Qarabağ” vəziyyətlərindən istifadə etdi və qalib gəldi. Amma deməzdim ki, rəqib bizdən yaxşı təsir bağışlayırdı, sadəcə onlar qol vəziyyətlərini reallaşdırdılar, biz isə yox. Bizim belə vəziyyətlərimiz daha çox oldu. Ancaq nə etmək olar, futbol belədir.
- Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
-Qeyd etdiyim kimi, biz oyuna yaxşı başladıq. Birinci hissədə biz oyunun gedişinə tam nəzarət etdik, “Qarabağ” yalnız qapımıza tərəf bir necə zərbə endirdi. Lakin sonra biz kobud səhvlərə yol verdik və rəqib də bundan istifadə etdi. “Qarabağ”ın heyətində bu səhvlərdən istifadə edəcək yaxşı icraçılar çoxdur.
- “İnter” nəyə görə birinci hissədə nümayiş etdirdiyi oyun ritmini ikinci hissədə davam etdirə bilmədi? Bəli, komanda topa daha çox nəzarət etməyə çalışırdı, ancaq bu, daha az təhlükəli vəziyyətlərə gətirib çıxarırdı.
- Düşünürəm ki, bizə sonuncü ötürmə çatışmırdı. Bundan başqa, bizim ixtiyarımızda daha inamla və daha dəqiq istifadə etməli olduğumuz daha çox standart vəziyyətlər vardı. Qapılara doğru daha çox zərbə endirmək lazım idi. Bir sözlə, çempionatın ilk oyununda uduzmağımız pis oldu, özü də birbaşa rəqibimizə məğlub olmağımız daha pisdir. Bununla belə, önümüzdə tam mövsüm var, vəziyyəti yaxşılaşdırmaq üçün kifayət qədər vaxt var.
- Rəqibin heyətində Almaniyanın “Boxum” komandasında birlikdə çıxış etdiyiniz Nikolaz Qelaşvili də meydana çıxmışdı. Maraqlıdır, siz bu oyunu onunla müzakirə etmişdiniz? Keçmiş klub yoldaşınızı bu qələbə münasibətilə təbrik etdiniz?
- Etiraf edim ki, bu oyunadək onunla əlaqə saxlamamaşıq. İstənilən matça tam diqqətlə yanaşmaq lazımdır. Bu barədə yalnız oyundan sonra danışmağın lazım olduğunu düşünürəm. Oyundan sonra, əlbəttə ki, onu təbrik etdim, axı futbol belədir ki, kimsə qalib gəlir, kimsə uduzur. Əlavə edim ki, biz mövsümün ilk oyununda qalib gəlməyi çox istəyirdik, lakin alınmadı.
- İndi komandaya bu məğlubiyyəti tez unutmaq və irəliyə doğru addımlamaq lazımdır.
- Təbii, komanda bunu etməyi bacarmalıdır. Bizə bu məğlubiyyətdən qısa zaman ərzində uzaqlaşmaq və yeni fikirlərlə növbəti oyunlara yanaşmaq lazımdır.
- İkinci turda “İnter”i “Qəbələ”nin timsalında daha bir təhlükəli rəqib gözləyir. Bu səfər oyunu barədə nə düşünürsünüz?
- “Qəbələ” güclü komandadır. Onlar bizim birbaşa rəqiblərimizdən biridir. “Qəbələ” eynilə “Qarabağ” kimi, Azərbaycanda ən ambisiyalı komandalardan biridir və onlarla oyunda bizə asan olmayacaq. Lakin bu komandaya qarşı oyunda vacib olan nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı