"Mançester Yunayted" Fabreqasdan imtina etdi

"Mançester Yunayted" Fabreqasdan imtina etdi
XƏBƏR 5 Avqust 2013 / 02:47 2114
-  A +

İngiltərənin "Mançester Yunayted" klubu "Barselona"nın yarımmüdafiəçisi Sesk Fabreqasın transferindən imtina edib.

Qol.Az-ın məlumatına görə, bu barədə Kataloniya klubunun idman direktoru Andoni Zubizareta açıqlama verib.

Klub rəsmisi daha öncə Fabreqas üçün 3 dəfə "Barselona"ya müraciət edən "Mançester Yunayted"in artıq bu istəyindən vaz keçdiyini bildirib: "Fabreqasa güvənirik və onun komandada olduğu üçün çox xoşbəxtik. "Mançester Yunayted" bunu anladı və bir daha Fabreqas üçün bizə müraciət etməyəcəklər".

Qeyd edək ki, Fabreqas 2011-ci ildə "Arsenal"dan "Barselona"ya transfer olunmuşdu.


Son xəbərlər