"Emirates kuboku"nu "Qalatasaray" qazandı

"Emirates kuboku"nu "Qalatasaray" qazandı
XƏBƏR 5 Avqust 2013 / 00:01 2891
-  A +

"Arsenal"ın ev sahibliyi etdiyi "Emitares kuboku"nun qalibi məlum olub.

Qol.Az-ın məlumatına görə, final oyununda Türkiyənin "Qalatasaray" klubu ilə "Arsenal" qarşılaşıb.

Matç Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, "Cim Bom" "Emitares koboku"na sahib çıxıb. Görüşdə qolları "Qalatasaray"dan Didye Droqba (78, 88), "Arsenal"dan isə Uolkot (39) vurub.

Qeyd edək ki, turnirin digər iştirakçıları "Napoli" və "Porto" klubları olub.

Son xəbərlər
topaz banner