“Gefle” – “Qarabağ” oyununun baş hakimi müəyyənləşdi

“Gefle” – “Qarabağ” oyununun baş hakimi müəyyənləşdi
XƏBƏR 4 Avqust 2013 / 19:07 3024
-  A +

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Gefle” – “Qarabağ” oyununun baş hakimi müəyyənləşib.

Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qitənin ali futbol qurumu bu komandalar arasındakı təkrar görüşü 32 yaşlı isveçrəli Stefan Klossnerə həvalə edib.

Qeyd edək ki, avqustun 8-də İsveçdə baş tutacaq “Gefle” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22.00-da başlanacaq.


Son xəbərlər
topaz banner