Berdıyev Abışova şans vermədi

Berdıyev Abışova şans vermədi
XƏBƏR 4 Avqust 2013 / 16:22 2558
-  A +

Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu gün Rusiya Premyer Liqasında dördüncü turun oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Kazan təmsilçisi öz meydanında ÇSKA-nı qəbul edib. Görüş 0:0 hesabı ilə yekunlaşıb.

Ruslan Abışov bu dəfə də ehtiyat oyunçular skamyasında oturub və meydana buraxılmayıb.

Dörd turdan altı xal toplayan Qurban Berdıyevin komandası altıncı pilləni tutur.


Qarabağ FK
Son xəbərlər
topaz banner