"Barselona" Fələstində (FOTO)

"Barselona" Fələstində (FOTO)
XƏBƏR 4 Avqust 2013 / 15:15 2505
-  A +

İspaniyanın "Barselona" klubu yaxın şərqdə sülh naminə "Barış Turu" çərçivəsində ilk olaraq Fələstinin Əl Xəlil rayonuna səfər edib.
 
Qol.Az-ın məlumatına görə, Xerardo Martinonun komandası fələstinli uşaqlarala məşq edib, şəkil çəkdiriblər. Futbolçular azarkeşlər tərəfindən böyük coşğu ilə qarşılanıb. Məşqin ardından Dani Alveş tribunaya yaxınlaşıb və azarkeşlərə təzim edərək onları salamlayıb.

"Barelona" bu gün Təl Əvivdə israil və fələstinli uşaqlardan ibarət komanda ilə yoldaşlıq oyunu keçirəcək. Matçdan əvvəl isə onlar İsrail prezidenti Şimon Peresin verdiyi ziyafətdə olacaq, daha sonra isə baş nazir Benyamin Netanyaho ilə görüşəcəklər.











 


Son xəbərlər
topaz banner