"Qalatasaray"ın prezidenti: "Droqba baş məşqçimiz ola bilər"

"Qalatasaray"ın prezidenti: "Droqba baş məşqçimiz ola bilər"
XƏBƏR 4 Avqust 2013 / 12:50 2560
-  A +

"Qalatasaray"ın prezidenti Ünal Aysal klubun gələcək planları haqda maraqlı açıqlama verib.

Qol.Az-ın məlumatına görə, klub rəhbəri gələcək illərdə də komandanın üzvü Didye Droqba ilə çalışmaq istədiklərini deyib. "Droqba bir "Çelsi" əfsanəsidir. Bütün dünya üçün mükəmməl nümunədir. Ancaq o, "Qalatasaray"ı asanlıqla buraxıb getməz. Ondan çox məmnunuq".
 
Ü.Aysal Droqbanın bir gün "Qalatasaray"ı çalışdıra biləcəyinə də işarə vurub: "Droqba idman direktoru kimi və ya idarə heyətində çalışa bilər. Ancaq bir gün o, baş məşqçimiz də ola bilər".




Son xəbərlər
topaz banner