Braziliya millisinin futbolçusu "Trabzonspor"a doğru

Braziliya millisinin futbolçusu "Trabzonspor"a doğru
XƏBƏR 4 Avqust 2013 / 02:11 3664
-  A +

Türkiyənin "Trabzonspor" klubu heyətini gücləndirməkdə davam edir.

Qol.Az-ın məlumatına görə, Floran Maluda və Bosinqvanın ardından Trabzon təmsilçisi daha bir ulduz futbolçunu transfer etməyi planlaşdırır.

Türkiyə klubu Braziliya millisinin və "Fluminense"nin hücumçusu Fredə "elçi" düşüb. "Trabzonspor"un artıq həm 29 yaşlı futbolçu, həm də klubu ilə anlaşdığı bildirilir.
 
Qeyd edək ki, 2009-cu ildən "Fluminense"də çıxış edən Fred keçirdiyi 169 oyunda 110 qola imza atıb.


Son xəbərlər
topaz banner