Ronaldo "Real"la müqavilə yeniləyəcək

Ronaldo "Real"la müqavilə yeniləyəcək
XƏBƏR 4 Avqust 2013 / 00:57 2451
-  A +

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo komandası ilə müqavilə imzalayacaq.

Qol.Az-ın "Football Espana"ya istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu "Real"la müqaviləsini yeniləməyə razılıq verib.

Amerika təlim-məşq toplanışından sonra Ronaldonun "Real"la müqaviləsini 2018-ci ilə qədər uzadacağı gözlənilir. Lakin futbolçunun qarşıdakı üç ildə qazanacağı məbləğ hələlik açıqlanmayıb.

Qeyd edək ki, Ronaldonun "Real"la müqaviləsi 2015-ci ildə başa çatır.

 


Son xəbərlər
topaz banner