Vaqif Sadıqov "Neftçi"yə məğlubiyyəti şərh etdi

Vaqif Sadıqov "Neftçi"yə məğlubiyyəti şərh etdi
XƏBƏR 3 Avqust 2013 / 22:55 2809
-  A +

"Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Oyuna ciddi hazırlaşmışdıq, lakin cinahları bağlaya bilmədik, 1:4 hesabı ilə məğlub olduq".

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov "Neftçi" ilə oyundan sonra (1:4) keçirilən mətbuat konfransında deyib.

V.Sadıqov bu oyunda istədiyi transferləri həyata keçirə bilmədiyini vurğulayıb: "İkinci hissədə heyətdə dəyişikliklər etdik, lakin istədiyim əvəzetmələri həyata keçirə bilmədim. Bəzi oyunçularımızın transfer vərəqəsi hələ gəlmədiyi üçün onlardan yararlana bilmədik".


Son xəbərlər
topaz banner