"Xəzər Lənkəran" kamerunlu futbolçunu transfer etdi

"Xəzər Lənkəran" kamerunlu futbolçunu transfer etdi
XƏBƏR 3 Avqust 2013 / 18:00 4634
-  A +

"Xəzər Lənkəran" daha bir futbolçunu heyətində qatıb.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, kamerunlu hücumçu Mbilla Etame Serj Flavierlə iki illik müqavilə imzalanıb.

25 yaşlı afrikalı futbolçu 2008-ci ildən etibarən Türkiyənin "Bank Asiya" Liqasının təmsilçisi olan "Adanaspor"un uğurları üçün çalışıb. Çıxış etdiyi ilk mövsümdə rəqib qapılarına 10 qol vurub. Ümumilikdə, Türkiyə təmsilçisinin heyətində 61 qola imza atmış hücumçu 2010/2011 mövsümünün yekunlarına əsasən Türkiyənin "Bank Asiya" liqasının ən yaxşı bombardiri mükafatına layiq görülüb.

Qeyd edək ki, futbolçunun yaxın saatlarda  "Xəzər Lənkəran"ın oyun öncəsi məşqinə qoşulacağı gözlənilir.


Son xəbərlər
topaz banner