Mourinyodan Ronaldoya ismarıc

Mourinyodan Ronaldoya ismarıc
XƏBƏR 3 Avqust 2013 / 16:54 3847
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo keçmiş futbolçusu Kriştiano Ronaldoya dolayısı yolla ismarıc göndərib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis deyib ki, indiyə kimi yalnız bir əsl Ronaldo ilə çalışıb.

"2000-ci ildə ilk dəfə baş məşqçi oldum. Amma ondan əvvəl böyük klublarda məşqçi köməkçisi idim. Dünyadakı ən yaxşı oyunçularla çalışdım. 30 yaşımda Ronaldo ilə məşqlərə başladım. İndiki ilə deyil, braziliyalı Ronaldo ilə" - deyərək portuqaliyalı hücumçuya ismarıc yollayıb.

Daha çox


Son xəbərlər