"Milan"ın futbolçusu "Beşiktaş"ın hədəfində

"Milan"ın futbolçusu "Beşiktaş"ın hədəfində
XƏBƏR 3 Avqust 2013 / 15:57 3003
-  A +

"Milan" klubunun müdafiəçisi Luka Antonini karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçu "Beşiktaş"ın maraq dairəsinə düşüb.

İstanbul təmsilçisi Antonini üçün qarşı tərəfə 1 milyon avro təklif edib. Təcrübəli futbolçu ilə "Monako" və "Genua" klubları da yaxından maraqlanır. Bu isə "Beşiktaş"ın işini çətinə salıb.

Qeyd edək ki, Antonini ötən mövsüm "Milan"ın heyətində cəmi 8 oyunda forma geyinib.

Daha çox


Son xəbərlər