Mourinyodan Qaret Beyl açıqlaması

Mourinyodan Qaret Beyl açıqlaması
XƏBƏR 3 Avqust 2013 / 15:09 3237
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo uzun müddətdir Madrid "Real"ının transfer etmək istədiyi Qaret Beyl haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis "ESPN"ə müsahibəsində ötən mövsüm Madrid klubunu çalışdırarkən uelsli yarımmüdafiəçini transfer etmək istədiklərini deyib:

"Rəhbərlikdən onun komandaya gətirilməsini istəmişdim, ancaq mümkün olmadı. İndi bu transfer reallaşarsa, onların adına çox sevinərəm".

Mourinyo həmçinin bildirib ki, Beyl fantastik bit futbolçudur: "Karlo Ançelottinin onunla bağlı planlarını bilmirəm, amma Beyldən ən yaxşısını ala biləcək qədər təcrübəlidir" - deyə baş məşqçi qeyd edib.

Son xəbərlər