"Simurq" "Rəvan"la oyuna hazırdır

"Simurq" "Rəvan"la oyuna hazırdır
XƏBƏR 3 Avqust 2013 / 13:26 1254
-  A +

"Simurq" klubu bu gün Topaz Premyer Liqasının I turu çərçivəsində Bakıda "Rəvan"ın qonağı olacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma doğma arenada aparılan təmir işlərinin tam yekunlaşmaması ilə əlaqədar Qəbələ şəhər stadionunda keçiriləcək. 
 
"Simurq" görüşə tam hazırdır. Dünən oyunöncəsi son məşqinə çıxan "sarı-qaralar" baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında qarşılaşmanın oynanılacağı stadionda bir saatdan artıq yekun işləri görüb.

İsinmə hərəkətlərindən sonra qruplar halında "kvadrat" və ikitərəfli oyun keçirilib. Sonda isə cinahlardan asmalar, onların tamamlanması və qapıya zərbələr məşq edilib. Bundan sonra istirahətə çəkilərək, komanda görüşün başlama saatını gözləyir.

Son xəbərlər