Martino: "Son qərarı Fabreqas verməlidir"

Martino: "Son qərarı Fabreqas verməlidir"
XƏBƏR 3 Avqust 2013 / 12:54 2036
-  A +

"Barselona"nın yeni çalışdırıcısı Xerardo Martino komandadan ayrılması gündəmdə olan  Sesk Fabreqas haqqında danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, argentinalı mütəxəssis oyunçunun özünün klubdan gedib-getməyəcəyi ilə bağlı qərarını verməli olduğunu deyib.

"Mən onun burada qalmasını istəyirəm. Bu barədə Farbeqasla da danışmışam. Komandanın ən yaxşı oyunçularından biridir. Məndən olsa, onu heç yerə göndərmərəm. İnanıram ki, "Barsa"da qalacaq. Belə olacağı təqdirdə mən də onun yerinə kimi alacağımı düşünmək məcburiyyətində qalmaram. Ancaq Fabreqas son qərarını verməlidir" - deyə Martino bildirib.

Qeyd edək ki, Fabreqası "Mançester Yunayted" transfer etmək istəyir. Kataloniya klubu "qırmızı şeytanlar"ın göndərdiyi iki təklifi rədd etməsinə baxmayaraq, İngiltərə təmsilçisinin yenidən "Barsa"ya müraciət edəcəyi gözlənilir.

Son xəbərlər