Arsen Venger: "Bu, bir zarafat olmalıdır"

Arsen Venger: "Bu, bir zarafat olmalıdır"
XƏBƏR 3 Avqust 2013 / 12:07 2483
-  A +

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis klubların transferlərə fantastik məbləğlər xərcləməsini dəlilik adlandırıb.

"Real"ın "Tottenhem"in futbolçusu Qaret Beyl üçün 115 milyon avroluq təklif göndərməsini nümunə göstərən Venger deyib: "Bu, bir zarafat olmalıdır. "Maliyyə fair pley"i gəldikdən sonra inanılmaz bir il içindəyik. Dünya futbolu dəliliyə doğru gedir" - deyə o bildirib.

Baş məşqçi həmçinin bildirib ki, pulları boşuna xərcləmək  lazım deyil: "Doğru oyunçulara pul xərcləmək düzgün addımdır".

Son xəbərlər