Neymar sabiq komandasına qarşı oynadı

Neymar sabiq komandasına qarşı oynadı
XƏBƏR 3 Avqust 2013 / 11:08 2307
-  A +

"Barselona"nın futbolçusu Neymar keçmiş klubu "Santos"a qarşı ilk oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, bu Joan Qamerə həsr olunmuş xüsusi bir matçda baş verib.

"Nou Kamp"da baş tutan qarşılaşma Kataloniya klubunun 8:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə qolların ikisini Sesk Fabreqas vurub. Lionel Messi, Aleksis Sançez, Leo, Pedro, Adriano və Donqou isə hərəyə bir dəfə fərqləniblər.

Braziliyali hücumçu Neymar oyununun ikinci hissəsində meydana daxil olub və bir qol ötürməsi ilə yadda qalıb.

Daha çox


Son xəbərlər