Təbriz klubları heç-heçə oynadı

Təbriz klubları heç-heçə oynadı
XƏBƏR 3 Avqust 2013 / 10:34 1831
-  A +

Təbrizin Səhənd adına stadionunda yerli iki futbol komanda arasında keçirilən oyun bərabər hesabla sona çatıb.

İran üzrə futbol klublarının superliqasının ikinci həftəsində “Traktor Sazi” ilə “Qostəreşe-Fulad” klubları qarşılaşıb.

Oyunun 17-ci dəqiqəsində “Traktor Sazi” və 83-cü dəqiqədə “Qostəreşe Fulad” tərəfindən qol vurulub. “Qostəreşe Fulad”ın oyunçusu avtoqolla  “Traktor”u önə çıxarıb.

Bununla da “Traktor" -"Qostəreşe Fulad” oyunu 1:1  hesabı ilə başa çatıb (Lent.az).

Daha çox


Son xəbərlər