"Fənərbaxça"nın sabiq futbolçusu Premyer Liqada

"Fənərbaxça"nın sabiq futbolçusu Premyer Liqada
XƏBƏR 3 Avqust 2013 / 01:46 3872
-  A +

2011-2012-ci il mövsümündə “Fənərbaxça”dan Fransanın PSJ klubuna transfer olunan Dieqo Luqano özünə yeni komanda tapıb.

Qol.Az-ın məlumatına görə, təcrübəli müdafiəçi bundan sonra İngiltərənin "Vest Bromviç" klubunda forma geyəcək. Bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb. Futbolçunun müqavilə müddəti və transfer qiyməti haqda məlumat verilməyib.

Qeyd edək ki, ötən mövsüm "Malaqa"da icarə əsasında oynayan Dieqo Luqano Uruqvayın millisinin kapitanıdır. O xeyli müddət İstanbulun “Fənərbaxça” klubunda çıxış edib və komandanın əfsanəvi oyunçularından birinə çevrilib. 2011-ci ildəki məlum oyun alqı-satqısı olayından sora isə təcrübəli futbolçu 3 milyon avro qarşılığında PSJ-yə keçmişdi.

  

Son xəbərlər