“Dünənki qarşılaşmada hesab oyuna görə olmadı. “Qarabağ”ın oyunçuları daha soyuqqanlı olmalı idi. İlk hissədə “Qarabağ” bir neçə qol şansını boşa verdi. Gürcüstanlı legioner Gelaşvili iki dəfə qola çox yaxın oldu. Əsas da ikinci epizodu qeyd etmək istəyirəm ki, o qolu vurmamaq daha çətin idi, nəinki vurmaq. Ancaq əlbəttə ki, futbol səhvlərlə doludur”.
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – “Gefle” oyununu şərh edərkən deyib.
O qeyd edib ki, ilk oyunun nəticəsi “Qarabağ”ın növbəti mərhələyə adlamısı üçün yetərlidir. Həmçinin təcrübəli mütəxəssis növbəti mərhələyə keçməyin yollarından danışıb: “Hesabın 1:0 olması “Qarabağ”ı qane edə bilər. Komandamız mərhələni keçmək gücündədir. Onu da deyim ki, rəqib mütləq cavab oyununda hücum futbolu oynayacaq. “Qarabağ” da bundan istifadə edə bilsə, işi çətin olmayacaq. Ancaq komandamız cavab oyununda daha yaxşı oynamalıdır. Çalışıb topu özündə daha çox saxlamalıdır. Dünənki qarşılaşmada fərdi oyun nəticəsində qol vuruldu. Cavab matçında “Qarabağ” müdafiədə otursa, işi çox ağır olacaq. Dünənki oyunun ikinci hissənin ardını səfərdə gətirməlidirlər. “Gefle” “Anortosis”lə oyunda 75-ci dəqiqədə iki qol vurmuşdu. “Anortosis” müdafiədə oturmaqla səhvə yol verdi. Ona görə də qapısından daha iki top buraxdı. Yəni bu komanda ilə müdafiədə oturmaq lazım deyil. Öz oyununla onları səhv etməyə məcbur etməlisən. Dünənki qarşılaşmada “Qarabağ”ın sol cinahı çox xoşuma gəldi. Əsasən də Ansi Aqollinin və braziliyalı legionerlərin yaxşı keçidləri oldu. Səfər oyununda da bu iş görülməlidir. Ancaq eyni zamanda ağıllı və sakit oynamaq lazımdır. Bilirəm ki, “Qarabağ”da o təmkin var. Topu özündə saxlamaqla münasib məqam gözləyirlər. Ancaq komanda topu hücuma qoşmaq üçün özündə saxlamalıdır. Dünən rəqibin müdafiə və orta xəttində böyük yorğunluq hiss olunurdu. Ona görə də “Qarabağ” özündə top saxlamaqla rəqibi yormalıdır. Əminliklə deyə bilərəm ki, “Gefle” keçiləsi rəqibdir”.
A.Mircavadov “Qarabağ”ın inkişafda olduğunu və baxımlı oyunları ilə yadda qaldığını desə də, əvvəliki illərdəki heyətinin daha güclü olduğunu bildirib: “Qarabağ”ın heyəti üç il əvvəl daha güclü idi. O vaxt demişdim ki, “Qarabağ” çempion olmalıdır. Ancaq nədənsə, onlarda alınmadı. Ona görə komandanın bəzi üzvləri getdi. Əgər həmin dövrdə “Qarabağ” çempion olsaydı, futbolçular da komandada qalardı və daha da artım olacaqdı. Futbolçular daha inamlı olardı. İndi də “Qarabağ” çox güclüdür. Ancaq mən üç il əvvəlki heyəti daha çox bəyənirdim. Bunun bir səbəbi də odur ki, komandanın 80 faizi azərbaycanlı futbolçular idi”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər