AFFA Georgi Çixradzenin cəzasını yüngülləşdirdi

AFFA Georgi Çixradzenin cəzasını yüngülləşdirdi
XƏBƏR 2 Avqust 2013 / 16:36 1768
-  A +

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda "Bakı" FK və "Simurq" PİK-in müraciətlərinə baxılıb.



Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. AFFA-nın İntizam Komitəsinin “Simurq”un baş məşqçisi Georgi Çixradze  barədə çıxardığı  30.04.2013-cü il tarixli qərar qismən dəyişdirilsin. Baş məşqçi Georgi Çixradze intizam tədbiri olaraq 6 oyunluq kənarlaşdırılsın, digər 4 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Georgi Çixradze  analoji hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

2. AFFA-nın İntizam Komitəsinin “Bakı”nın futbolçusu Rauf Əliyevlə bağlı qəbul etdiyi 16.05.2013-cü il tarxili qərar qüvvədə saxlanılsın.

Son xəbərlər
topaz banner