Mario Qötze "Bavariya"da ilk məşqinə çıxdı

Mario Qötze "Bavariya"da ilk məşqinə çıxdı
XƏBƏR 2 Avqust 2013 / 16:34 1767
-  A +

"Bavariya"nın yeni transferi Mario Qötze uzun müddətlik fasilədən sonra klubu ilə hazırlıqlara başlayıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, ötən mövsüm Çempionlar Liqasında "Real"la oynanılan yarımfinal matçında zədələnən hücumameyilli yarımmüdafiəçi bu səbəbdən uzun müddət məşqlərə qatıla bilməmişdi.

21 yaşlı futbolçunu yeni mövsümün ilk həftəsində "Borussiya" (Münhenqladbax) klubu ilə qarşılaşmada forma geyə bilməsə də, "Ayntraxt"la matçda iştirak edəcəyi məlum olub.

Qeyd edək ki, Qötze ötən mövsümün sonlarında "Borussiya" (Dortmund) klubundan "Bavariya"ya transfer edilmişdi.


Son xəbərlər
topaz banner