Nikolas Kanalesin yeni klubu bəlli oldu

Nikolas Kanalesin yeni klubu bəlli oldu
XƏBƏR 2 Avqust 2013 / 16:29 6184
-  A +

"Neftçi" klubunun sabiq hücumçusu Nikolas Kanales karyerasını vətəni - Çilidə davam etdirəcək.

Qol.Az-ın Çili mətbuatına istinadən yaydığı məlumata görə, 28 yaşlı futbolçu  "Universidad" klubu ilə prinsipial razılıq əldə edib.

Yaxın günlərdə Kanaleslə rəsmi müqavilənin imzalanacağı gözlənilir.

Qeyd edək ki, ötən mövsüm "Neftçi"nin heyətində 31 oyuna çıxan Kanales 26 qola imza atıb.


Son xəbərlər
topaz banner