"Ronaldonun müdafiədə oynamasına ehtiyac yoxdur"

"Ronaldonun müdafiədə oynamasına ehtiyac yoxdur"
XƏBƏR 2 Avqust 2013 / 15:57 2465
-  A +

"Kriştiano Ronaldonun müdafiədə oynamasına ehtiyac yoxdur. Top komandadaykən hücumda hazır olması kifayətdir. O, özünü meydanda rahat hiss etməlidir".

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti deyib.

İtaliyalı mütəxəssis həmçinin qeyd edib ki, Qonzalo İquaini satmalarına baxmayaraq, yeni hücumçuya ehtiyacları yoxdur:

"Dünyanın ən yaxşı futbolçusu olan Ronaldoya sahibik. Kərim Benzema, Alvaro Morata və Xose Rodriqes kimi hücumçularımız var. Bu mövqede başqa transferə ehtiyacımız yoxdur" - deyə Ançelotti bildirib.

Son xəbərlər
topaz banner