"Bavariya"nın türkiyəli futbolçusu "Bayer"ə transfer oldu

"Bavariya"nın türkiyəli futbolçusu "Bayer"ə transfer oldu
XƏBƏR 2 Avqust 2013 / 15:40 3075
-  A +

Almaniyanın "Bavariya" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Münhen təmsilçisinin 19 yaşlı yarımmüdafiəçisi Emre Can "Bayer" (Leverkuzen) klubuna transfer olunub.

Futbolçu ilə dörd illik müqavilə imzalanıb.

Qeyd edək ki, Emre Canla "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" klubları da maraqlanırdı.


Son xəbərlər
topaz banner