"Barselona" Aleksis Sançezi satmayacaq

"Barselona" Aleksis Sançezi satmayacaq
XƏBƏR 2 Avqust 2013 / 14:55 2057
-  A +

"Barselona" klubu futbolçusu Aleksis Sançesin komandadan ayrılacağı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Qol.Az-ın məlumatına görə, klubun vitse-prezidenti Xosep Mariya Bartemeu "El Mercurio"ya müsahibəsində 24 yaşlı hücumçunu satmayacaqlarını deyib.

"Sançezi satmayacağıq. Ona güvənirik. Həm də ki, hazırda onun üçün bizə heç bir rəsmi təklif göndərilməyib. Aleksisin komandada nümayiş etdirdiyi oyundan razıyıq. Onu satmaq niyyətimiz yoxdur" - deyə o bildirib.

Qeyd edək ki, Kataloniya klubu ilə 2016-ci ilə qədər müqaviləsi olan Sançezlə "Napoli"nin maraqlandığı iddia edilir.

 


Son xəbərlər
topaz banner