Pele: "Braziliya dünya çempion olacaq"

Pele: "Braziliya dünya çempion olacaq"
XƏBƏR 2 Avqust 2013 / 13:38 1858
-  A +

Braziliya futbolunun canlı əfsanəsi Pele ölkəsinin yığmasının 2014-cü ildə keçiriləcək dünya çempionatındakı şansını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, Pele Braziliya millisinin yenidən dünya çempionu olacağına inandığını dilə gətirib:

"Mən Braziliya millisinin dünya çempionatının finalına yüksələcəyinə inanıram. Komandamızın finalda ya Almaniya, ya da İspaniya yığması ilə qarşılaşacağını düşünürəm. Həlledici görüşdə Braziliyanın qələbə qazanacağına şübhəm yoxdur. İspaniya Braziliya millisinin xaricində dünyanın ən yaxşı komandasıdır".

Qeyd edək ki, son Konfederasiyalar kubokunun finalında Braziliya millisi İspaniyanı 3:0 hesabı ilə məğlub etmişdi.


Son xəbərlər
topaz banner