“Qarabağ”ın İsveçin “Gefle” üzərindəki qələbəsindən sonra evə qayıdarkən yol boyunca bu kluba azarkeşlik etməyə başlamağım və komandanın çətin günləri gözlərim önündən kino lenti kimi keçdi.
“Qarabağ” klubu ilə tanışlığım Ağdamın məşhur “İmarət” stadionundan başlayıb. Hələ uşaq ikən qohumumuzla klubun oyununa baxmağa getməyimiz, oyun zamanı topun yaxınlığımızda əyləşən azarkeşə sarı atılması, bu zaman mənim “niyə o topu bizə tərəf atmadılar?” deyə ağlayaraq stadiondakıların diqqətini cəlb etməyim hələ də xatirimdədir.
Etiraf edim ki, ondan sonra uzun müddət futbolla maraqlanmamışam. Ta ki 1999-cu ildə qonaq getdiyimiz bir tanışımızın evində masanın üzərindəki qəzetin manşetinə gözüm sataşana qədər. Manşetdə iri hərflərlə yazılmışdı “Müşfiq “Makkabi”ni diz çökdürdü”. Məlum oldu ki, müstəqil futbol tariximizdə ilk dəfə Avropa kuboklarında İntertoto kuboku çərçivəsində “Qarabağ” səfərdə ağdamlı Müşfiq Hüseynovun dublu ilə qələbə qazanıb, özü də “Makkabi” Hayfa kimi ciddi bir rəqib üzərində. Həmin gün bəndənizin qatı “Qarabağ” fanatına çevrildiyi müddətin başlanğıcı oldu. Artıq davamlı sürətdə idman qəzetləri alır, “Qarabağ”ın heyəti ilə tanış olur, imkan düşdükcə stadiondan izləməyə gedirdim. Stadiondan söz düşmüşkən, 2000-ci illərin əvvəli komandamız ev oyunlarını Sumqayıtın ələk-vələk olmuş “İnşaatçı” stadionunda keçirirdi. Stadionun bir tərəfindəki daxmalarda məcburi köçkünlər məskunlaşmış, oyunlar zamanı toyuq-cücənin meydançaya daxil olması isə adi hala çevrilmişdi. Xatirimdədir, əmimoğlu ilə bir neçə avtobus dəyişərək min bir əziyyətlə Sumqayıta yola düşür, nəticələrindən asılı olmayaraq, “Qarabağ”ımızı yalqız qoymurduq.
Günlərin bir günü “Qarabağ”ın OMİK komandası ilə oyununu izləmək üçün Ordu İdman Klubu stadionuna yola düşdük. Matçın başlamasına 5-10 dəqiqə qalsa da, meydanda nə məşq edən futbolçular, nə də hakimlər briqadası gözə dəyirdi. Az sonra xəbər verdilər ki, bəs, maddi çətinliklər içərisində qovrulan “Qarabağ”ın oyuna gəlməyə pulu yoxdur, odur ki, oyun ya qeyri-müəyyən müddətə təxirə salınacaq, ya da kluba texniki məğlubiyyət veriləcək. Həmin an sanki başımdan qaynar su axıtdılar. Bir anlıq öz-özümə düşündüm ki, axı Qarabağ kimi yaralı nöqtəmizin adını daşıyan komandaya nəyə görə sahib çıxan yoxdur. Bu klubu inkişaf etdirmək, Avropa arenalarında adından söz etdirməklə biz siyasətin edə bilmədiyini reallaşdıra bilərik. Həmin ankı düşüncələrim bir “Qarabağ” röyası idi. O röya ki, artıq gerçəkliyə çevrilib. Qurban Qurbanovun yaratdığı döyüşkən kollektiv, illərdir Avropada üzümüzü ağ edən nəticələr artıq bir reallıqdır. Odur ki, klubun himayədarlarından tutmuş Qurban müəllimə, öz oyunçularımızdan tutmuş meydanda onlar qədər canlarını qoyan legionerlərədək bütün “Qarabağ” heyətinə əhsən deyirəm! İsveçdəki oyunun nəticəsindən asılı olmayaraq siz bizim qəhrəmanlarımızsınız!
S.ELÇİNOĞLU
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı