"Mançester Yunayted" Ronaldo üçün danışıqlara başladı

"Mançester Yunayted" Ronaldo üçün danışıqlara başladı
XƏBƏR 2 Avqust 2013 / 12:39 2707
-  A +

"Mançester Yunayted" keçmiş futbolçusu Kriştiano Ronaldonu yenidən komandaya gətirmək üçün "Real"la (Madrid) danışıqlara başlayıb.

Qol.Az-ın xəbərinə görə, bu barədə Britaniyanın "Daily star" qəzeti məlumat yayıb. Klubu ilə hələlik müqaviləni uzatmayan portuqaliyalı hücumçu üçün "qırmızı şeytanlar"ın nümayəndəsi Edvard Voodvardla Madrid klubunun prezidenti Florentino Perezlə görüşüb.

Tottenhem"in futbolçusu Qaret Beyl "Real"a gələcəyi təqdirdə "Mançester Yunayted"in Ronaldo üçün 80 milyon avroluq təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Ronaldo 2009-cu ildə "Mançester Yunayted"dən "Kral klubu"na transfer olunub.


Son xəbərlər
topaz banner