Ötən gün Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsveçin “Gefle” klubunu 1:0 hesabı ilə məğlub edən “Qarabağ” özünəməxsus uğurlu rekordunu yeniləyib.
Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi avrokuboklarda dalbadal altı oyunda uduzmayan yeganə Azərbaycan klubu kimi tarixə düşüb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın uğurlu seriyası ötən gün “Gefle” ilə oyunun baş tutduğu Tofiq Bəhramov adına Respublika stadionunda başlayıb. 2011/12 mövsümündə Ağdam klubu Belçikida 1:4 hesabı ilə uduzduğu “Brügge”yə Bakıdakı təkrar oyunda qalib gəlib – 1:0. İki oyunun nəticəsinə əsasən, mübarizəni dayandıran “Qarabağ” 2012/13 mövsümündə avrokuboklara vəsiqə əldə edə bilməyib.
Bu mövsüm isə komanda qitəmiqyaslı yarışda uğurlu çıxışı ilə diqqət cəlb edir. İlkin təsnifat mərhələsində Makedoniya “Metallurq”una hər iki oyunda eyni hesabla (1:0) qalib gələn “Qarabağ” ikinci mərhələdə Bakıda ilk matçda Polşa “Piast”ını 2:1 hesabı ilə məğlub edib. Bununla da “Qarabağ” Azərbaycan futbolunda tarixi nəticəyə imza atıb: Avrokuboklarda dalbadal dörd oyunda dörd qələbə. Polşa təmsilçisi ilə cavab matçında “Qarabağ”ın qələbə seriyası qırılsa da, səfər qarşılaşmasındakı 2:2 hesablı nəticə Ağdam komandasının qitə miqyaslı UEFA turnirlərində məğlubiyyətsiz oyunların sayını 5-ə çatdırıb.
Ötən gün isə Qurban Qurbanovun komandası "Gefle"yə 1:0 hesabı ilə qalib gəlməklə məğlubiyyətsiz oyunlar seriyasını 6-ya çatdırıb. Ağdam təmsilçisi avqustun 8-də İsveçdə keçiriləcək cavab qarşılaşmasında ən azı rəqibinə məğlub olmamaqla bu seriyanı daha da uzada bilər.
2011/12 mövsümü
“Qarabağ” – “Brügge” (Belçika) – 1:0
2013/2014 mövsümü
“Qarabağ” – “Matellurq” (Makedoniya) – 1:0
“Matellurq” (Makedoniya) - “Qarabağ” – 0:1
“Qarabağ” – “Piast” (Polşa) – 2:1
“Piast” (Polşa) – “Qarabağ” – 2:2
"Qarabağ" - "Gefle" (İsveç) - 1:0
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video