"Artıq "Azərsun Holdinq" şirkətinin əməyinin meyvələrini görürsünüz. Bütün "Qarabağ" və Azərbaycan azarkeşlərini təbrik edirəm. Biz ümummilli lider Heydər Əliyevin bizə əmanət buraxdığı işi davam etdiririk".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun prezidenti Abdulbari Gözəl "Qarabağ" - "Gefle" oyunundan (1:0) sonra deyib.
Klub prezidenti "Qarabağ"ın növbəti mərhələyə yüksələcəyinə inandığını bildirib: "Qarabağ"ın gənc və çoxlu azarkeşləri var. Bu oyunda onların komandanı dəstəkləmələri gözəl idi. İnanıram ki, komanda Avroliqada növbəti mərhələyə adlayacaq. "Gefle" ilə oyunda "Qarabağ"ın böyük üstünlüyünü gördük və bu bizə növbəti mərhələyə yüksəlməyə imkan verəcək. "Qarabağ" daha güclüdür".
"Qarabağ"ın yeni oyunçular transfer edəcəyi ilə bağlı sualı cavablandıran A.Gözəl belə deyib: "Baş məşqçi Qurban Qurbanov bizim fəlsəfəmizi yaxşı bilir. O, çox konkret və açıq danışan biridir. Əgər baş məşqçi buna ehtiyac duysa, transferlər olacaq. Komandanın böyük planları var. Gələcəkdə stadion inşa etməyi planlaşdırırıq".
Mənbə: "1news.az"
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi