Ruslan Abışov oynamadı, komandası qələbə qazandı

Ruslan Abışov oynamadı, komandası qələbə qazandı
XƏBƏR 2 Avqust 2013 / 00:56 1475
-  A +

Azərbaycan millisinin üzvü Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın "Rubin" klubu Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Danimarkada "Randers"in qonağı olub.

Qol.Az-ın məlumatına görə, görüş Kazan təmsilçisinin qələbəsi ilə başa çatıb.

Fasiləyə 2:0 hesabı ilə üstün yollanan "Rubin" ikinci hissədə qapısından bir top buraxsa da, qələbəni əldən verməyib - 2:1. Ruslanın adı görüşün 18-liyinə salınsa da, baş məşqçi Qurban Berdıyev bu oyunda millimizin futbolçusuna şans verməyib.

Qeyd edək ki, bu komandaları arasında cavab qarşılaşması bir həftə sonra - avqustun 8-də İsveçdə keçiriləcək.

 


Son xəbərlər
topaz banner