Reynaldo "Gefle"nin baş məşqçisinin qanını qaraltdı

Reynaldo "Gefle"nin baş məşqçisinin qanını qaraltdı
XƏBƏR 2 Avqust 2013 / 00:45 4035
-  A +

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olan İsveçin "Gefle" klubunun baş məşqçisi Per Olsonun paytaxtımızda ad gününü qeyd edəcəyi barədə xəbər vermişdik.

Qol.Az-ın məlumatı görə, oyuna qədər yubiley - 50 yaşını qeyd edən isveçli mütəxəssisin "Qarabağ"la görüşdən sonra qanı qaralıb.

Belə ki, ikinci hissədə meydana daxil olan Reynaldonun matçın 89-cu dəqiqəsində "Qarabağ"a qələbə qazandıran qolu vurması Olsonun kefinə "soğan doğrayıb" - 0:1. Sirr deyil ki, Olsonun komandası cavab matçında bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Lakin "Qarabağ"ın buna nə dərəcədə imkan verəcəyi böyük maraq doğurur.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra - avqustun 8-də İsveçdə keçiriləcək.


Son xəbərlər
topaz banner