Qurban Qurbanov "Gefle" ilə oyundan danışdı

Qurban Qurbanov "Gefle" ilə oyundan danışdı
ÖLKƏ FUTBOLU 1 Avqust 2013 / 23:55 4995
-  A +

“Çox ağır oyun oldu. Ancaq qələbə qazandığımız üçün bizə xoşdur. Qeyd etmişdim ki, belə müdafiə olunan komanda ilə oynamaq çətindir. Buna baxmayaraq xeyli sayda qol vəziyyəti yaratdıq. Qələbədə 50 faiz azarkeşlərin rolu oldu. Onlar da qələbəyə layiq idi". 
 

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Gefle” ilə oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi jurnlistlərin suallarını da cavablandırıb:



- Düşünmürsünüz ki, start heyətdə səhvə yol verdinz?

- Maksimum çalışdım ki, əlimdə olan futbolçulardan istifadə edim. Reynaldonu həkimlərin icazəsi ilə oyuna saldıq. Vüqarın oynamaması qəflətən hücumumuzun düşməsi deməkdir. Leroy da bu mövqedə pis təsir bağışlamadı. Muarrem isə çoxdandır ki, oynamır. Ancaq oyun sistemimizi pozmadı. Onun mövqeyində daha çox Ansi oynadı. Çumbinyo da özünü yaxşı göstərdi.

- “Qarabağ”ın növbəti mərhələ şansları necədir?

- Bu gün üstünlük bizim tərəfdədir. İstəyirik ki, sizləri də sevindirək. Qələbələrin sayın artırmalıyıq ki, rəhbərlik də futbola qayğını artırsın.

- Oyunçularınız ötürmə verməkdə xəsislik edirdi.

- Bizdə xəsis futbolçu yoxdur. Ola bilər ki, komanda yoldaşını hansısa futbolçumuz görməyib.

- “Qarabağ”ın mərkəz müdafiəçiləri kobud səhvlərə yol verdi.

- Mütləq belə səhvlər olur. Ancaq mən bu səhvlərin olmasının tərəfdarıyam. Çünki hücumda olan komanda belə səhvlər etməlidir. Rəşad və Teli hərəsi bir epizodda səhv etdi. Ancaq əsas odur ki, koamanda sonra bu səhvi düzəldir.

- Komandanız hər dəfə son dəqiqələrdə qol vurmağı sizi qorxutmur ki, növbəti oyunda rəqib sona yaxın qol vurub “Qarabağ”ı cəzalandıra bilər?

- Əgər komanda hücumda olanda müdafiə olumağı da bacarırsa, burada qorxulu şey yoxdu. İstər-istəməz müdafiədə boşluq olmalıdır. Əksinə sevinirik ki, sona qədər mübarizə aparıb qol vura bilirik.

- “Qarabağ”ın yeni transferlərə ehtiyacı var?

-Bəli. Mütləq yeni oyunçu almalıyıq. Çünki çempionat da başlayacaq. Onda bizə ehtiyat qüvvə lazım olacaq.  Ancaq yeni legonerlər gətirsək onsuzda azalan yerli futbolçuların qarşısını alacağıq. Legioner limiti də 7-dir. Rəhbərliyə daha bir futbolçunun transferi barədə təklif etmək istəyirəm. Həmin futbolçu orta xətt oyunçusu olacaq.

- “Piast”la olduğu kimi yenə futbolçularınız bir neçə qol imkanından istifadə edə bilmədi. Bu, nə ilə bağlıdır?

- Top yumrudur. Rəqib də qol vurmağa imkan vermir. Bəlkə də Qelaşvili fikirləşir ki, qol vurmasam üzərimə çox gedəcəklər. Belə şeylərin də təsiri olur.

Daha çox


Son xəbərlər