“Qarabağ”ın düşərgəsindən pis xəbər

“Qarabağ”ın düşərgəsindən pis xəbər
XƏBƏR 1 Avqust 2013 / 17:56 5330
-  A +

“Qarabağ”ın əsas futbolçularından olan Reynaldo Silvanın bu gün İsveç “Gefle”si ilə Avropa Liqasının üçüncü təsnifat mərhələsinin oyununda iştirakı sual altındadır. Bu haqda Qol.Az-a klubun mətbuat xidmətindən bildirilib.

Zədəsi səbəbindən dünən fərdi məşq edən braziliyalı yarımmüdafiəçinin meydana çıxıb-çıxmayacağı hələ də müəyyənləşməyib.

Qeyd edək ki, bundan öncə “Qarabağ”ın yarımmüdafiəçisi Vüqar Nadirov da sıradan çıxmışdı. Gənc yarımmüdafiəçi zədəsi səbəbindən “Gefle” ilə həm Bakıda, həm də İsveçdəki qarşılaşmanı buraxmaq məcburiyyətində qalacaq.


Son xəbərlər