"Qəbələ" Bakıya yollandı

"Qəbələ" Bakıya yollandı
XƏBƏR 1 Avqust 2013 / 16:24 1551
-  A +

Avstriya toplanışının ardından "Bakı" matçının hazırlıqlarını Qəbələdə davam etdirən "Qəbəkə" doğma məkanda 3 günlük məşqdən sonra paytaxta yollanıb.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Yuri Syominin rəhbərliyi ilə Bakıya gələn komanda bugün axşam saatlarında "Bakı"nın təlim-məşq bazasında keçirəcəyi sonuncu məşqlə matçın hazırlıqlarını tamamlayacaq. Hazırlıq prosesində zədəsi olan Nuran Qurbanov iştirak etməyəcək.

Xatırladaq ki, "Qəbələ" Topaz Premyer Liqasının ilk turu çərçivəsində sabah paytaxtda "Bakı ilə qarşılaşacaq. "Bakı"nın təlim-məşq bazasında baş tutacaq matç saat 18:30-da start götürəcək. Görüş "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.


Son xəbərlər