“Qarabağ”: uğurlu seriya davam edəcəkmi?

“Qarabağ”: uğurlu seriya davam edəcəkmi?
ÖLKƏ FUTBOLU 1 Avqust 2013 / 15:16 2677
-  A +

Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsveçin “Gefle” klubunu qəbul edəcək “Qarabağ” özünə məxsus olan uğurlu rekordu yeniləyə bilər. Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi avrokuboklarda dalbadal beş oyundur uduzmayan yeganə Azərbaycan klubu kimi tarixə düşüb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın uğurlu seriyası bu gün “Gefle” ilə oyunun baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda başlayıb. 2011/12 mövsümündə Ağdam klubu Belçikida 1:3 hesabı ilə uduzduğu “Brügge”yə Bakıdakı təkrar oyunda qalib gəlib – 1:0. İki oyunun nəticəsinə əsasən, mübarizəni dayandıran “Qarabağ” 2012/13 mövsümündə avrokuboklara vəsiqə əldə edə bilməyib.

Bu mövsüm isə komanda qitəmiqyaslı yarışda uğurlu çıxışı ilə diqqət cəlb edir. İlkin təsnifat mərhələsində Makedoniya “Metallurq”una hər iki oyunda eyni hesabla (1:0) qalib gələn “Qarabağ” ikinci mərhələdə Bakıda ilk matçda Polşa “Piast”ını 2:1 hesabı ilə məğlub edib. Bununla da “Qarabağ” Azərbaycan futbolunda tarixi nəticəyə imza atıb: avrokuboklarda dalbadal dörd oyunda dörd qələbə. Polşa təmsilçisi ilə cavab matçında “Qarabağ”ın qələbə seriyası qırılsa da, səfər qarşılaşmasındakı 2:2 hesablı nəticə Ağdam komandasının qitə miqyaslı UEFA turnirlərində məğlubiyyətsiz oyunların sayını 5-ə çatdırıb.

Bu gün isə Qurban Qurbanovun komandası məğlubiyyətsiz oyunları seriyasını 6-ya çatdıra bilər.

2011/12 mövsümü

“Qarabağ” – “Brügge” (Belçika) – 1:0

2012/13 mövsümü

“Qarabağ” – “Matellurq” (Makedoniya) – 1:0
“Matellurq”- “Qarabağ” – 0:1
“Qarabağ” – “Piast” (Polşa) – 2:1
“Pias” – “Qarabağ” – 2:2

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu