“Gefle”nin oyunlarına baxdım. Deyə bilərəm ki, həqiqətən də komandamıza çətin rəqib düşüb. Çünki İsveç klubu Azərbaycan komandalarının sevmədiyi oyun oynayır”.
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın U-16 millisinin baş məşqçisi Aslan Kərimov Avroliqanın III təsnifat mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Gefle” oyunu haqda danışarkən deyib.
Veteran futbolçu kapitanı olduğu keçmiş komandasına bugünkü oyunda çox çətin olacağını deyib. Ancaq “Qarabağ”ın bu çətinliyin öhdəsindən gələ biləcəyini də vurğulayıb: “Rəqib uzun hava ötürmələrinə və güc futboluna üstünlük verir. Bu da bizim komandalarımız üçün arzuolunmaz sistemidir. Ancaq “Qarabağ” artıq belə rəqiblərə qarşı təcrübə toplayıb. Elə “Piast”ın futbolçuları da ucaboy idi. “Rusenborq”la oyunda da ucaboy futbolçulara qarşı mübarizə apardıq. Onlar da əsasən cinah ötürmələrindən istifadə edirdilər. “Qarabağ”ın müdafiədə Rəşad Sadıqov və Admir Teli kimi futbolçuları var. Onlar başla yaxşı oynayırlar. Ancaq yəqin ki, məşqçilər korpusu futbolçulara uzun hava ötürmələrinin qarşısını əvvəlcədən almağı tapşıracaq. “Qarabağ”ın məşqçilər korpusu rəqibi yaxşı analiz etməyi bacarır. “Gefle”ni də yaxşı araşdırıblar. Düşünürəm ki, “Qarabağ” ən azı Bakıda qələbə qazanacaq. Ümid edirəm ki, hər iki oyunun nəticəsinə görə, komandamız mərhələni keçəcək. Amma “Gefle” ilə ağır mübarizə gedəcək”.
A.Kərimov “Qarabağ”ın getdikcə inkişaf etdiyini, oyununda artım olduğunu bildirib. Qeyd edib ki, belə getsə, komanda qrup mərhələsinə düşə bilər: “Azərbaycanda oyun strukturuna görə, ən öndə gedən “Qarabağ”dır. Əlbəttə, “Neftçi”nin fərdi şəkildə güclü futbolçuları var idi, güclü idilər. Buna görə də, çempion oldular. Ancaq oyunun qurulması baxımından həqiqətən də “Qarabağ” böyük addımlar atıb. Bu, tək mənim fikrim deyil, hamı “Qarabağ”ın oyunlarını yaxşı görür. Əminəm ki, komandamız bu rəqibi keçsə, qrup mərhələsinə düşə bilər. Ancaq qrup mərhələsində yuxarı yerləri tutmaq üçün hələlik hazır deyilik. Yəni Azərbaycan olaraq futbolumuz o səviyyəyə çatmayıb. Tək “Qarabağ”la nəyisə dəyişmək olmaz. Bütün klublarımız uğurlu çıxış etməlidir. Bu il bir neçə komandamız qrup mərhələsinə düşə bilsəydi, onda yüksək yerlərdən, kuboku götürməkdən danışa bilərdik. Dediyim ki, bunlar tez bir zamanda düzələn şeylər deyil. Addım-addım buna doğru getmək lazımdır”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı