"Beşiktaş" PSV-nin futbolçusunu transfer etdi

"Beşiktaş" PSV-nin futbolçusunu transfer etdi
XƏBƏR 1 Avqust 2013 / 00:01 2388
-  A +

Türkiyənin "Beşiktaş" klubu daha bir transfer gerçəkləşdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, PSV-nin yarımmüdafiəçisi Hatçinson Atiba ilə iki illik müqavilə imzalanıb.

Kanadalı oyunçunun artıq "qara qartallar"da alacağı məbləğ də məlumdur. Belə ki, futbolçu bir ilə 1 milyon avro və hər oyuna görə 10 min avro qazanacaq.

 

 

Daha çox


Son xəbərlər