Futbolun beşiyi sayılan İngiltərə eyni zamanda dünyanın ən keçmiş liqasına ev sahibliyi edir.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 125-ci ilini qeyd edən İngiltərə Premyer Liqası 1888-ci il sentyabrın 8-i start götürüb.
O gündən indiyə kimi liqanın ilk qolunu, başqa cür desək, futbol tarixinin ilk rəsmi qolunu kimin vurduğu mübahisə edilirdi. Çoxları ilk qolun "Aston Villa"nın futbolçusu Qerşom Koks tərəfindən vurulduğunu zənn edirdi.
Ancaq Robert Boylinq adlı bir futbol eksperti bunun yanlış olduğunu təsdiqləyən faktı ortaya çıxarıb. Boylinqin tapdığı bir elanda "Aston Villa" –“Vulverhempton" matçının əslində nəzərdə tutulan vaxtından yarım saat gec başladığı məlum olub. Bu isə Premyer Liqa və dünyada ilk qolun sahibi hesab edilən Koksun yerli vaxtla 16:01-də fərqləndiyini sübut edib.
Araşdırmalar saat 15:45-də başlayan "Bolton" - "Derbi Kounti" matçında meydan sahiblərinin futbolçusu Ceyms Kanyon Davenportun matçın 2-ci dəqiqəsində qol vurduğunu ortaya çıxarıb. Bununla da, Davenport 1888-ci il sentyabrın 8-i saat 15:47-də rəqib qapısına yol tapmaqla futbol tarixinin ilk qolunun müəllifi kimi yaddaşlara düşüb.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi