Serxio Ramos yeni imicdə (FOTO)

Serxio Ramos yeni imicdə (FOTO)
XƏBƏR 31 İyul 2013 / 17:14 3177
-  A +

"Real" (Madrid) klubunun futbolçusu Serxio Ramos yeni imici ilə Los Angelesdə mətbuat qarşısına çıxıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, saçları sarı rəngə boyadan müdafiəçi mətbuat konfransında yeni baş məşqçiləri Karlo Ançelotti barədə müsbət fikirlər səsləndirib:

"O, dünyanın ən yaxşı baş məşqçilərindən biridir. Burada uğurlar əldə edəcəyinə əminəm. Bu tip təcrübəli adamlar oyunçulara da çox şey öyədir. "Real"da onunla birlikdə çempionluqlar yaşayacağıq".

S.Ramos0 artıq sabiq çalışdırıcıları Mourinyo ilə aralarında olan problemləri unutduqlarını bildirib: "Mən kin saxlayan bir insan deyiləm. Ondan inciməmişəm. Mourinyo böyük bir məşqçidir və mən ondan çox şey öyrəndim. Ona "Çelsi"də uğurlar arzulayıram".

Daha çox


Son xəbərlər