"Nyukasl"ın müsəlman futbolçusu qərarını dəyişdi

"Nyukasl"ın müsəlman futbolçusu qərarını dəyişdi
XƏBƏR 31 İyul 2013 / 15:44 2546
-  A +

"Nyukasl"ın müsəlman futbolçusu Papis Sisse komandasının yeni sponsorunun adının yer aldığı formanı nəhayət ki, geyinib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu, klubun "Mirren"lə oynadığı hazırlıq qarşılaşmasında baş verib.

Əvvəlcə yeni sponsorun faizlə kredit verən şirkət olduğu üçün bu formanı geyinməyi rədd edən seneqallı hücumçu sonradan qərarını dəyişib. Sisse yeni forma ilə matçın 18-ci dəqiqəsində qol da vurub.

Qeyd edək ki, 28 yaşlı futbolçunun qumar oynarkən şəkilləri ortaya çıxdıqdan sonra qərarını dəyişdirdiyi bildirilir.

 


Son xəbərlər
topaz banner