"Çelsi"nin hücumçusu "Valensiya"nın hədəfində

"Çelsi"nin hücumçusu "Valensiya"nın hədəfində
XƏBƏR 31 İyul 2013 / 15:17 2758
-  A +

"Çelsi"nin hücumçusu Fernando Torres futbolçu karyerasını yenidən vətəni İspaniyada davam etdirə bilər.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Roberto Soldadonu 26 milyon funt-sterlinqə "Tottenhem"ə satmağı planlaşdıran "Valensiya" hücum xəttini Torresi transfer etməklə doldurmağı planlaşdırır.

London klubunun çalışdırıcısı Joze Mourinyonun "Mançester Yunayted"in hücumçusu Ueyn Runini transfer etmək istədiyi üçün ispan futbolçunun komandadan ayrılmasına razılıq verəcəyi bildirilir.

Qeyd edək ki, Torres 2011-ci ildə 50 milyon funt-sterlinq müqabilində "Liverpul"dan "Çelsi"yə transfer olunub.

Son xəbərlər
topaz banner