"Mançester Yunayted"dən "Real"a 25 milyon funt

"Mançester Yunayted"dən "Real"a 25 milyon funt
XƏBƏR 31 İyul 2013 / 14:16 3454
-  A +

"Real" (Madrid) klubunun futbolçusu Luka Modriç yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

Qol.Az-ın "The Times"ə istinadən verdiyi məlumata görə, xorvatiyalı futbolçu "Mançester Yunayted" klubunun maraq dairəsinə düşüb.

Mançester təmsilçisi Modriçin transferi üçün Madrid klubuna 25 milyon funt-sterlinq təklif edib. Lakin hələlik "Real" klubu bu təklifə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2008-2012-ci illərdə "Tottenhem"in şərəfini qoruyub. 


Son xəbərlər
topaz banner