Əvvəl "Qarabağ", sonra "Gefle"

Əvvəl "Qarabağ", sonra "Gefle"
XƏBƏR 31 İyul 2013 / 12:26 2051
-  A +

Avroliqanın III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Gefle" matçı üçün bu gün sonuncu məşqlər keçiriləcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk olaraq "Qarabağ" respublika stadionunda meydana çıxacaq.

Saat 19:15-də "Qarabağ" mərkəzi arenada oyundan öncə sonuncu  məşqinə çıxacaq. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakıyla mətbuat konfransı 20:15-də olacaq.

İsveçlilərin məşqi saat 21:00-a nəzərdə tutulub. Ona qədər isə "Gefle"nin baş məşqçisi Per Olson saat 20:30-da media mənsublarının önünə çıxacaq.

Son xəbərlər
topaz banner