Mourinyo həyat yoldaşının adını qoluna yazdı

Mourinyo həyat yoldaşının adını qoluna yazdı
XƏBƏR 30 İyul 2013 / 18:57 2624
-  A +

Əsasən maraqlı açıqlamaları ilə gündəmə gələn "Çelsi"nin baş məşqçisi Joze Mourinyo bu dəfə qolundakı döyməsiylə adından söz etdirib.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis həyat yoldaşı Matilde Farianın adını qoluna yazdırıb.

Bunun üçün 80 funt-sterlinq ödəyən Mourinyonun ilk döyməsini vurdurarkən olduqca xoşbəxt olduğu iddia edilir.

Son xəbərlər